Hacıqabulda 37 yaşlı kişi faciəvi şəkildə öldü

23:15 - 16 Oktyabr 2024

Hacıqabulda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Ramazanov Vladimir Mirzəqəni oğlu dəmir kəsərkən üzərinə metal düşərək ağır yaralanıb.

O, xəstəxanaya çatdırılarkən həkiməqədər ölüm hadisəsi qeydə alınıb.

V.Ramazanovun dəmir qırıntılarını yığmaqla məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin