DYP piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024
22:45 - 16 Oktyabr 2024
Çinin Baş naziri Li Qianq və Rusiyanın Baş naziri Mixail Mişustin Pakistanın paytaxtı İslamabadda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş Nazirlər Şurasının 23-cü iclasında iştirak ediblər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Li Çianq bəyan edib ki, Çin-Rusiya diplomatik əlaqələrinin 75-ci ildönümündə iki ölkə prezidentləri arasında əldə olunan mühüm razılaşmaların həyata keçirilməsi üçün strateji koordinasiyanı gücləndirməyə və davam etdirməyə hazırdırlar. Li bu əməkdaşlığın qlobal rifah və sabitliyə də töhfə verəcəyini bildirib.
Li Qianq həmçinin qeyd edib ki, ŞƏT-ə üzv olan ölkələr “ŞƏT ruhuna” uyğun hərəkət etməli və qarşılıqlı strateji etimadı gücləndirməlidir.
Li həmçinin bildirib ki, ticarət, enerji, rəqəmsal iqtisadiyyat və yaşıl sənaye kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsi lazımdır.
Baş nazir Mişustin bəyan edib ki, Moskva və Pekin yeni beynəlxalq nəqliyyat dəhlizləri yaradıb, kənd təsərrüfatına xüsusi diqqət yetirib, Rusiya və Çində ərzaq təhlükəsizliyini gücləndirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin