Səudiyyə Ərəbistanında "Qalata" qülləsi tikildi

21:30 - 16 Oktyabr 2024

Səudiyyə Ərəbistanında

Səudiyyə Ərəbistanındakı əyləncə parkında "Qalata" qülləsinin miniatürü tikilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Parkın ortasında quraşdırılan miniatür "Qalata" qülləsi yerli və xarici qonaqlarla dolub. Qarşısında İstiqlal küçəsinin tramvay simvolu, arxasında isə Qapalı Çarşının qapısı olan "Qalata" qülləsi ziyarətçilərin foto və video çəkdirmək üçün ən çox seçdiyi məkanlardan birinə çevrilib.

Əyləncə parkına daxil olmanın və miniatür Qalata Qülləsini görməyin qiyməti 109 Səudiyyə Ərəbistanı riyalıdır. Bu qiymət türk lirəsinə çevrildikdə təxminən 1000 TL təşkil edir.

 


Xəbər xətti

17 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin