"Biz Tayvana qarşı güc tətbiqini dayandırmayacağıq" - Çin

20:41 - 16 Oktyabr 2024

Tayvan ətrafında hərbi təlimlərini davam etdirən Çindən Tayvana xəbərdarlıq gəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Biz sülh yolu ilə birləşmənin mümkünlüyü üçün son dərəcə səmimiyyətlə səy göstərməyə hazırıq. Çinin Tayvanla birləşməyə çalışacaq və Tayvana qarşı güc tətbiq etməkdən əl çəkməyəcək", - o bildirib.

Çin son beş ildə demək olar ki, hər gün Tayvan sahillərinə hərbi gəmilər göndərir və Çin döyüş təyyarələri Tayvan üzərində uçuşlar həyata keçirir.

Tayvan rəhbərliyindən bu gün verilən açıqlamada, son 24 saat ərzində Tayvan ətrafında 22 Çin hərbi təyyarəsi və 5 donanma gəmisinin aşkar edildiyi bildirilib.


Xəbər xətti

17 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin