Bakıda işdən 70 min manat ələ keçirdi: Tiktokda hədiyyə göndərdi - ŞOK ƏMƏL
26 Noyabr 2024
20:26 - 16 Oktyabr 2024
Almaniya kansleri Olaf Şolz Federal Məclisdəki çıxışında İsrailə silah və sursat dəstəyini davam etdirəcəklərini bildirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"İsraili hər zaman özünü müdafiə edə biləcək bir mövqeyə gətirmək və bu mövqedə saxlamaq istəyirik. Keçmişdə silah və sursat verməmizin səbəbi budur. Təslimatlar var və etməyə də davam edəcəyik. İsrail hər zaman buna arxalana bilər”, - Şolz qeyd edib.
Şolz Qəzzaya humanitar yardımların daxil olmasının, beynəlxalq hüquq qaydalarına riayət edilməsinin vacibliyini və iki dövlətli həllə gətirib çıxaracaq perspektivin mövcudluğunu hər zaman dilə gətirdiklərini bildirib.
O,çıxışında İranın İsrailə hücum etməsi mövzusuna da toxunub:
"İranın İsrailə raketlərlə hücum etməsi qəbuledilməzdir. Bu baş verməməlidir. Bu, regionun daha da sabitsizləşməsinə səbəb olur. İran odla oynayır, buna son qoyulmalıdır".
Qeyd edək ki, Almaniya İsrailə silah və hərbi texnika satmaqda davam edir Almaniya son həftələrdə İsrailə silah və hərbi texnika satışını artırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin