Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə görüşəcək

19:27 - 16 Oktyabr 2024

Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə görüşəcək

Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna, Yaxın Şərq, immiqrasiya və iqtisadi məsələləri müzakirə etmək üçün bir araya gələcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Aİ-yə üzv olan 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə sabah Belçikanın paytaxtı Brüsseldə başlayacaq  Aİ Liderlərinin Zirvə görüşü 2 gün davam edəcək.

Yay fasiləsindən sonra ilk sammitə Aİ Şurasının sədri Çarlz Mişel sədrlik edəcək. Görüş Mişelin sədrliyi ilə Aİ-nin sonuncu rəsmi sammiti olacaq. Aİ Şurasına sədrlik dekabrda Portuqaliyanın keçmiş baş naziri Antonio Kostaya keçəcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin