Nazir çökən bina ilə bağlı açıqlama verdi

22:11 - 9 Noyabr 2021

Nazir çökən bina ilə bağlı açıqlama verdi

Türkiyənin Malatya vilayətində çökən bina ilə bağlı qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Manşet.az xəbər verir ki, səhiyyə naziri çökən binanın Malatyanın mərkəzində yerləşdiyini və indiyədək dağıntılar altından 13 nəfər yaralının çıxarıldığını bildirib.

F.Koca qeyd edib ki, xəsarət alanların müalicəsi xəstəxanalarda davam etdirilir. Hadisə yerinə 28 təcili tibbi yardım avtomobili və iki milli tibbi xilasetmə qrupu (UMKE) cəlb olunub.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin