Pensiyalar nə vaxt veriləcək? - RƏSMİ CAVAB

15:55 - 16 Oktyabr 2024

Pensiyalar nə vaxt veriləcək? - RƏSMİ CAVAB

Oktyabr ayının 16-sı olsa da, rayonlarda əmək pensiyaları hələ verilməyib.

 

Manset.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili məsələyə münasibət bildirib.

"Çoxsaylı müraciətlərə əsasən bildiririk ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə uyğun daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi, cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.

Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.

Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməmişdir", - R.Mehdili bildirib.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin