DYP piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024
14:00 - 16 Oktyabr 2024
"Dövlət və ya özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq təhsildə dövlət nəzarəti daim olmalıdır. Bu müəssisələrdə həm məzmun, həm də tədris baxımından tədrisə dövlət nəzarəti həyata keçirilir".
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində" mövzusuna həsr olunmuş respublika elmi-praktik konfransında çıxışı zamanı deyib.
O bildirib ki, təhsil bir neçə pillədən ibarətdir. Burada əsas məsələ din təhsilinin bu pillələrdə öz əksini necə tapmasıdır.
“Azərbaycanda ümumi təhsil dünyəvi təhsil və din haqda təhsil modeli üzərində qurulub. Yəni, ayrı-ayrı dinlər haqqında Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif biliklər ötürülür. Bu, həyat bilgisi fənni çərçivəsində ayrı-ayrı standartlarda öz əksini tapır.
Eyni zamanda bu kontekstdə digər önəmli məsələ sinif otağında müəllimin fəaliyyəti və uşaqlarla olan ünsiyyətidir. Buna faktiki nəzarət etmək daha çətindir. Çünki sinif otağının qapısı bağlıdır və eyni anda yetmiş minə yaxın sinif otağında tədris aparılır. Burada çox önəmli məsələ valideynlərin və ictimaiyyətin də nəzarətinin olmasıdır. Sinif otaqlarında dinin necə tədris olunması mühüm məqamdır. Məktəblərdə dinin tədrisi ayrı-ayrı şəxslərin şəxsi fikirləri əsasında yox, məhz dövlətin müəyyən etdiyi standartlar əsasında aparılır və aparılmalıdır".
Nazir daha bir məqama toxunaraq əlavə edib ki, kadr hazırlığında elə sahələr var ki, burada bakalavr və magistr üzrə ayrı-ayrı ixtisasların müəyyənləşdirilməsinə ehtiyac duyulmur:
"Məsələn tibb təhsilini nümunə gətirə bilərəm. Dünyanın heç bir yerində bu, bakalavr və magistr formasında bölünmür. Heç də məcburiyyət yoxdur ki, bütün ixtisasları bakalavr və magistra bölək. Yeni sahə yarananda, mütləq qaydada onun üçün yeni ixtisas yaratmağa ehtiyac yoxdur. Bəzən təklif edirlər ki, yaşıl iqtisadiyyat ixtisası yaradaq. İqtisadiyyatı oxuyan adam sonra istəsə, bu sahədə məşğul ola bilər".
Emin Əmrullayevin sözlərinə görə, son dövrlər elmi məqalələrin sayında artım müşahidə edilir: "Çox istərdik ilahiyyat və din sahəsində də araşdırmalar istiqamətində bu artımı görək". ("Azərbaycan müəllimi" qəzeti)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin