Türkiyədə güclü zəlzələ: 187 nəfər zərər gördü - Yenilənib

17:36 - 16 Oktyabr 2024

Türkiyədə güclü zəlzələ: 187 nəfər zərər gördü - Yenilənib

Türkiyənin Malatya vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.

 

Manset.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Malatyada, Şanlıurfada və Elazığda 3 binada qismən çökmə olduğunu bildirib.

Məlumata görə, zəlzələ ilə əlaqədar 112 Təcili Zəng Mərkəzinə ümumilikdə 374 məlumat daxil olub. Bildirilir ki, müxtəlif bölgələrdə ümumilikdə 187 nəfər yaralanıb.

Zəlzələ səbəbindən Malatya, Şanlıurfa, Adıyaman, Batman və Elazığda məktəblər bağlanıb.

Hazırda  Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli bölgələrində araşdırmalar davam edir.

***

12:38

Türkiyədə güclü zəlzələ baş verib.

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilir ki, 5,9 bal gücündə zəlzələnin mərkəzi Malatya olub.

Məlumata görə, yerin 10 kilometr dərinliyində baş verən zəlzələ Diyarbəkir, Elazığ və bir çox başqa vilayətdə hiss olunub. 

 


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin