Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
21 Dekabr 2024
08:30 - 16 Oktyabr 2024
"Həqiqi zeytun yağının "təzə" qoxusu olur. Dadı isə neytral, acıtəhər və ya kəskin ola bilər".
Manset.az Oxu.az-a istinadən bildirir ki, bu barədə İtaliyanın "Perugia" Universitetinin biokimyaçısı Mauritsio Servili məlumat verib.
Ekspertin sözlərinə görə, zeytun yağının saxtalaşdırılması bir neçə fərqli formada ola bilər, lakin ən çox iki növ saxtalaşdırma hallarına rast gəlinir.
"Vicdansız istehsalçılar aşağı keyfiyyətli zeytun yağını yüksək keyfiyyətli ilk sıxım məhsulu kimi markalayır, yaxud həcmi artırmaq üçün onu günəbaxan və ya raps yağı kimi ucuz neytral yağlarla qarışdırırlar. Zeytun yağının saxta olduğunu dəqiq bilməyin yeganə yolu laboratoriya analizidir. Lakin keyfiyyətsiz məhsulu ev şəraitində də tanımaq mümkündür. Bunun üçün təmiz stəkana bir az yağ töküb, məhsulun dili tam örtməsi üçün bir qurtum içmək lazımdır. Həqiqi ilk sıxım zeytun yağı meyvəli, şirin notlarla kəskin və acı olmalıdır, saxta məhsulun isə dadı və ətri zəif olacaq", - deyə mütəxssis izah edib.
Bununla belə, o, yağın dadsız olmasını həmişə saxtakarlıq əlaməti olmadığını vutğulayıb.
"Bəzi həqiqi ilk sıxım zeytun yağları dadsız ola bilər. Aldanmamaq üçün yağı yoxlanılmış yerlərdən almaq məsləhətdir. Saxtakarlıq hallarına ən az böyük supermarketlərdə rast gəlinir".
Biokimyaçı əlavə edib ki, yoxlanılmış yağların qablaşdırmalarında zeytun istehsalçısının adı, həmçinin məhsulun yığım yeri və tarixi göstərilir.
"Bir qayda olaraq, məhsulun mənşəyini izləmək üçün nə qədər çox imkan verilirsə, keyfiyyətin yüksək səviyyədə olma ehtimalı bir o qədər yüksəkdir", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin