Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA

22:15 - 15 Oktyabr 2024

Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA

Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirib. 

 

Son günlər ən çox müzakirə olunan məsələ maaş və sosial müavinətlərdəki artımın konkret nə qədər olacağı ilə bağlıdır. Hazırda insanlar arasında bu barədə müxtəlif fikir və ehtimallar var. 

Manset.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti il üçün maaş və sosial müavinətlərin artımı dəqiqdir: 

"Azərbaycanda minimum əməkhaqqı və təqaüdlərin artırılması ilə bağlı artıq prezident də göstəriş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bununla bağlı fəaliyyət planını hazırlayıb və noyabr ayında təqdim edəcək. Çox güman ki, 2025-ci ilin büdcəsi qəbul edilərkən, artıq bu məsələlərin də nəzərə alındığı yeni büdcənin formalaşmasını görəcəyik". 

Ekspert qeyd edib ki, müavinət və maaşların artımı təqribən 8-10 faiz civarında olacaq: 

"Maliyyə Nazirliyinin 2025-ci il üçün elan etdiyi ümumi büdcə parametrləri var idi. Həmin o rəqəmlərə baxanda görürük ki, sosial xərclərdə müəyyən artım var. Bu isə o deməkdir ki, maaş, təqaüd və minimum əməkhaqqının artımı da nəzərə alınıb. Amma rəqəmlərin həcminə baxanda, çox güman ki, bu sahələrdə artım təqribən 10 faiz civarında olacaq. Yəni bundan daha yüksək artımın olması ehtimalı kifayət qədər aşağıdır. Ancaq 8-10 faiz civarında maaş və təqaüdlərin artımı mümkündür". 


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin