Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi

20:32 - 15 Oktyabr 2024

Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin idarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.

 

Manset.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Sübhan Kazımov 4 sentyabr 2024-cü il tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.

"Azərpoçt" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib.

Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin idarə heyətinin üzvlüyündən azad edilib.

O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heyətinin üzvü olub.

Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin