20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
13:28 - 15 Oktyabr 2024
Birləşmiş Millətlər Təşkilatı (BMT) Cənubi Sudanda güclü yağışların səbəb olduğu daşqınların yüzlərlə ailəni evsiz qoyduğunu bildirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
BMT-nin Cənubi Sudan Missiyası (UNMISS) tərəfindən dünən verilən açıqlamada, Cənubi Sudanın Conqley əyalətində leysan yağışların səbəb olduğu sellərin yüzlərlə ailənin didərgin düşməsinə səbəb olduğu bildirilib.
Bəyanatda daşqınların Jonglei əyalətinin mərkəzi olan Borda 4 bölgədə dağıntılara səbəb olduğu vurğulanıb və 375-ə yaxın ailənin evsiz qaldığı və təmiz suya çıxışın çətinləşdiyi qeyd edilib.
Qeyd edək ki, Cənubi Sudanda iyun ayından bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlardan 42 rayon və Abyei bölgəsində təxminən 893 min insan zərər çəkib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin