Mərakeşdə zəlzələ oldu

14:32 - 15 Oktyabr 2024

Mərakeşdə zəlzələ oldu

Mərakeşin şimalında yerləşən İfran şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mərakeş Milli Geofizika İnstitutunun Prezidenti Nasser Cabur SNRT televiziyasına verdiyi açıqlamada səhər saatlarında baş verən 4,5 bal gücündə zəlzələnin episentrinin ölkənin şimalında yerləşən İfran əyalətinin Sidi əl-Mahfi qəsəbəsi olduğunu bildirib.

Cabur yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin can və mal itkisinə səbəb olmadığını bildirib.

2023-cü il sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş vermişdi.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin