Üzük taxma bəhanəsiylə mağazadan oğurluq etdi - VİDEO

17:34 - 15 Oktyabr 2024

Üzük taxma bəhanəsiylə mağazadan oğurluq etdi - VİDEO

Türkiyənin Şanlıurfa şəhərinin Süleymaniyyə rayonundakı zərgərlik mağazasında çardaqlı 4 qadın mağazaya girərək üzük almaq adı ilə oğurluq ediblər.

 

Manset.az bu barədə Türk mətbuatına istinadən xəbər verir.

Zərgər piştaxtanın üzərindəki üzükləri göstərərkən qadınların diqqətini yayındırmağa çalışdığını görüb və şübhələnib. Digər işçi isə piştaxtadan çubuq çıxararaq qadınlara tərəf addımlayıb və onlardan mağazanı tərk etməyi xahiş edib. Hadisə zamanı qadınlardan biri tez bir zamanda piştaxtadan içərisində 400 qram qızıl olan çantanı götürüb. Qadınlar gedəndən sonra zərgər qızıl çantanın itdiyini görüb və polisə məlumat verib.

Həmin görüntüləri sizə təqdim edirik:

 


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin