1,6 milyardlıq neft məhsulları OĞURLANDI

16:22 - 15 Oktyabr 2024

1,6 milyardlıq neft məhsulları OĞURLANDI

Titan Şirkətlər Qrupunun Stavropol məntəqəsində ümumi dəyəri 1,6 milyard rubldan çox olan neft emalı zavodunun məhsulları oğurlanıb. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, faktla bağlı cinayət işi açılıb və qrupun əmlakını oğurlamaqda iştirak edən bir sıra şəxslərlə bağlı istintaq davam edir.

Bəzi şübhəlilər isə beynəlxalq axtarışa verilib.

Cinayətkar birliyin üzvləri, onların qohumları və dostları üzərində 40-dan çox axtarış aparılıb və dəyəri 3 milyard rubldan çox olan əmlak müsadirə edilib.

Qeyd edək ki, Titan Şirkətlər Qrupu 1989-cu ildə Mixail Sutyaginski tərəfindən əsası qoyulmuş 30 illik tarixə malik şirkətdir. 

 


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin