20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
15:57 - 15 Oktyabr 2024
Ukrayna Braziliyanı Rusiya Prezidenti Vladimir Putinin G20 sammitinə qatılacağı təqdirdə onu həbs etməyə çağırıb.
Manset.az bu barədə "Reuters"-ə istinadən xəbər verir.
Ukraynanın baş prokuroru Andrey Kostin bildirib ki, o, Putinin gələn ay keçiriləcək sammitdə iştirak edə biləcəyinə dair məlumat əldə edib.
Kostin Braziliya hakimiyyətini Rusiya prezidentinin orada iştirak edəcəyi təqdirdə onun həbsinə dair orderi icra etməyə çağırıb.
“Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirak edə biləcəyi ilə bağlı məlumatla əlaqədar bir daha qeyd etmək istərdim ki, Roma Əsasnaməsinin iştirakçısı olan Braziliya hakimiyyəti Rusiya prezidenti ölkələrinə gələrsə, onu həbs etməyə borcludur”, - Kostin bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putin G20 sammitinə getməsi ilə bağlı dəqiq qərar vermədiyini açıqlamışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin