Türkiyədən tarixi qələbə - VİDEO

09:10 - 15 Oktyabr 2024

Türkiyədən tarixi qələbə - VİDEO

UEFA Millətlər Liqasında IV turun oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, tur çərçivəsində 10 oyun baş tutub.

Azərbaycan millisi Slovakiya ilə matçda ardıcıl dördüncü məğlubiyyətini alıb.

Türkiyə millisi isə İslandiya ilə qarşılaşıb. “Ay-ulduzlular” 4 qol vuraraq əzmkar qələbə qazanıblar. Türkiyə ilk dəfə rəsmi oyunlarda İslandiyanı səfərdə məğlub edərək tarixi nəticəyə imza atıb.

Qitənin aparıcı yığmalarından Almaniya Niderlanda, Fransa Belçikaya, İtaliya isə İsrailə qalib gəlib.

UEFA Millətlər Liqası
IV tur

A Liqası
2-ci qrup

Belçika – Fransa 1:2
İtaliya – İsrail 4:1

3-cü qrup

Almaniya – Niderland 1:0
Bosniya və Herseqovina – Macarıstan 0:2

B Liqası
1-ci qrup

Gürcüstan – Albaniya 0:1
Ukrayna – Çexiya 1:1

4-cü qrup

Uels – Monteneqro 1:0 

İslandiya – Türkiyə 2:4

C Liqası
1-ci qrup

Azərbaycan – Slovakiya 1:3
Estoniya – İsveç 0:3

Türkiyə yığmasının inamlı qələbəsinin videoicmalını təqdim edirik:


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin