Borcuna görə doğma oğlunu 300 minə satdı

14:05 - 15 Oktyabr 2024

Borcuna görə doğma oğlunu 300 minə satdı

İndoneziyada oğlunu tanımadığı şəxslərə satan ata həbs edilib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, Cakartalı qadın 11 aylıq körpəsini ərinin yanında qoyub gedib.

Qayıdanda isə uşağını evdə görməyib. O, bir neçə dəfə yoldaşından uşağın hara getdiyini soruşub. Nəticədə qadın onu etiraf etməyə məcbur edib ki, o, onlayn kazinolara olan borcları ödəmək üçün oğlunu 15 milyon rupiyə (təxminən 303 000 AZN) satıb.

Qəzəbli ananın təkidi ilə 36 yaşlı ata hər şeyi polisə etiraf edib və uşağı alanların adını verib. O, pulu kreditorlara verməli olduğunu, lakin nəfsinə qalib gələ bilməyərək hamısını qumarda uduzduğunu bildirib. Həmin şəxs həbs edilib, uşağı alan şəxslər isə insan alverində şübhəli bilinərək saxlanılıb. Onların böyük cinayət şəbəkəsinin üzvləri olduğu məlum olub. Cinayətkarları 15 ilə qədər həbs cəzası gözləyir.

Uşağın anaya qaytarılıb-qaytarılmaması məlum deyil.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin