Yəməndə hərbi təyyarə vuruldu

19:19 - 9 Noyabr 2021

Yəməndə hərbi təyyarə vuruldu

Yəmənin Marib şəhərində Husi üsyançıları hərbi təyyarəni zərərsizləşdiriblər.

Manşet.az xəbər verir ki, bu barədə üsyançıların sözçüsü Yahya es-Səri açıqlama verib. Məlumata görə, ABŞ istehsalı olan təyyarə bölgədə “düşmən fəaliyyəti” yürütdüyünə görə hədəfə alınıb. Yəmən hökuməti məsələ barədə açıqlama verməyib.

Qeyd edək ki, son günlər Marib şəhəri uğrudan döyüşlər şiddətlənib. Husi üsyançıları şəhəri ballistik mərmilərlə bombalayır.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin