Emin “Sea Breeze”dən ev qazanan qazi ailəsindən görüntülər paylaşdı - VİDEO

22:45 - 14 Oktyabr 2024

Emin “Sea Breeze”dən ev qazanan qazi ailəsindən görüntülər paylaşdı - VİDEO

Xalq artisti, biznesmen Emin Ağalarov bir müddət öncə instaqram üzərində keçirdiyi yarışda “Sea Breeze”də ev qazanan qazi ailəsi ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, paylaşımda həmin qazinin ailə üzvləri, onların yaşadığı şərait öz əksini tapıb.

“Mən fəxr edirəm ki, belə insanlar “Sea Breeze” sakinləri olacaqlar. Sizi gözləyirik!” - paylaşımda qeyd olunub.

Qeyd edək ki, yarışın qalibi Vətən müharibəsi qazisi Rauf Qasımovun həyat yoldaşı Türkan Qasımovadır.

Onu da əlavə edək ki, qazi Rauf Qasımov Vətən müharibəsində bir gözünü itirib, digər gözünün görmə qabiliyyəti isə 30 faizdir.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin