Azərbaycan - Slovakiya oyununda ilk hissə başa çatdı - YENİLƏNİB

20:52 - 14 Oktyabr 2024

Azərbaycan - Slovakiya oyununda ilk hissə başa çatdı - YENİLƏNİB

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.

 

Manset.az xəbər verir ki, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

20:40

Azərbaycan - Slovakiya oyununda Toral Bayramov 38-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

Manset.az canlı yayımı təqdim edir:

20:24

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.

Manset.az xəbər verir ki, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Rahil Məmmədov avtoqol müəllifi olub.

20:04

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

18:57

UEFA Millətlər Liqasının C Divizionunun IV tur oyununda Bakıda üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyəti açıqlanıb.

Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Ceyhun Nuriyev, Ramil Şeydayev, Toral Bayramov, Mahir Emreli

Baş məşqçi: Fernandu Santuş

Slovakiya: Marek Rodak, Lübomir Şatka, Milan Şkrinyar, David Hantsko, Peter Pekarik, Stanislav Lobotka, Ondrey Duda, Laslo Beneş, Tomas Suslov, Lukas Haraşlin, David Strelets.

Baş məşqçi: Françesko Kaltsona

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin