Daha bir ölkə BRİKS-ə üzv olmaq istəyir

16:58 - 14 Oktyabr 2024

Daha bir ölkə BRİKS-ə üzv olmaq istəyir

Şri-Lanka Xarici İşlər Nazirliyinin rəhbəri Vijita Herat qeyd edib ki, dövlət artıq BRİKS-ə üzv olan ölkələrə Şri-Lankanın üzvlüyünə dəstək xahişi ilə müraciət edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Şri-Lanka Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, ölkə BRİKS-ə üzvlük üçün rəsmi ərizə təqdim edəcək. Ərizə Şri-Lankanın inkişaf etməkdə olan iqtisadiyyatlarla əlaqələri gücləndirmək və beynəlxalq əlaqələri şaxələndirmək niyyətini göstərir", - nazir qeyd edib.

Onun sözlərinə görə, ərizə oktyabrın 23-24-də Kazanda keçiriləcək BRİKS sammitində təqdim ediləcək.

 

 
 
 

Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin