"Real Madrid"in saytı da çempion oldu

16:45 - 14 Oktyabr 2024

"Real Madrid"in saytı ardıcıl səkkizinci ildir ki, dünyanın ən çox ziyarət edilən futbol klubu səhifəsi olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Real Madrid"in saytında ispan, ingilis, fransız, alman, portuqal, yapon, çin və ərəb dillərində fəaliyyət göstərir.

Ötən mövsüm sayt əvvəlki mövsümlə müqayisədə 2 faiz artaraq 68 milyon unikal istifadəçiyə çatıb.

131 milyondan çox seansa çatan saytın ümumi trafikinin yüzdə 53,7-ni 18-34 yaş qrupu təşkil edir. Saytın mobil trafiki ümumi trafikin 78 faizinə çatır.

Real Madridin vebsaytı keçən mövsüm orta hesabla 8,9 milyon aylıq ziyarətçiyə çataraq, onu ən çox ziyarət edilən futbol klubu saytı edib. Bu, artıq 8-ci dəfədir ki, baş verib.

 

 


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin