Nigeriya Milli Komandası hava limanında qapalı qaldı

16:41 - 14 Oktyabr 2024

Nigeriya Milli Komandası hava limanında qapalı qaldı

Nigeriya Milli Futbol Komandası Liviyada oyun keçirməkdən imtina edib və ölkəsinə qayıtmaq qərarına gəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Nigeriya Milli Futbol Komandasının 18 saat Liviyanın şərqindəki İbrik hava limanında qapalı qalması olub.

İbrik Hava Limanının rəsmilərindən Celal Muheşhiş mətbuata verdiyi açıqlamada Nigeriya Milli Komandasının Liviyada oyun keçirməkdən imtina etdiyini bildirib.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin