İran İsrailin məhdud zərbəsinə cavab verməyəcək

16:29 - 14 Oktyabr 2024

İran İsrailin məhdud zərbəsinə cavab verməyəcək

İran hakimiyyəti ABŞ-yə İsrailin mümkün zərbəsini məhdud olarsa, cavabsız qoymağa hazır olduqlarını bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, İran tərəfi amerikalı həmsöhbətlərinə bildirib ki, İsrailin İranın ballistik raket hücumuna cavabı müəyyən hədəflərlə məhdudlaşarsa, İran bu məsələni qapalı hesab edəcək və cavab verməyəcək. Lakin əgər zərbə İranın neft və nüvə obyektlərinə təsir edərsə, Tehran İsrailə şiddətli cavab verəcək.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran HƏMAS, Livanın şiə təşkilatı Hizbullah və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit bölmələri) rəhbərliyində olan əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə böyük raket hücumu həyata keçirmişdi.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin