DƏHŞƏT! Heyvanları öldürüb zibil qutularına atdılar - VİDEO/FOTO

15:35 - 14 Oktyabr 2024

DƏHŞƏT! Heyvanları öldürüb zibil qutularına atdılar - VİDEO/FOTO

Türkiyənin Kocaeli-Gebze bölgəsində heyvanlar üçün fəaliyyət göstərən sığınacağın ətrafındakı zibil qutularından çox sayda heyvan cəsədi tapılıb.

 

Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Sığınacağa gələn heyvansevərlər zibil qutularından 45-ə yaxın heyvan cəsədi tapıblar.

Kocaeli-Gebze Bələdiyyəsinin Küçə Heyvanları Müvəqqəti Baxım Evi və Reabilitasiya Mərkəzindən verilən açıqlamada bildirilib ki, həmin cəsədlər küçələrdən ölü tapılan heyvanlara aiddir. 

Heyvan cəsədlərinin aralarından içərisində öldürücü maddə olduğu deyilən iynələr tapılıb. Həmçinin sığınacağı dronla müşahidə edən kamera görüntüləri ortaya çıxıb. Hadisədən sonra insanlar heyvanların öldürüldüyünü iddia edərək bələdiyyənin önündə aksiyalar keçirib. Bir çox tanınmış simalar da bu aksiyada iştirak edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gebzedə heyvan qırğını

Gebzedə heyvan qırğını


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin