Rusiyanın müdafiə naziri Çinə səfər etdi

14:52 - 14 Oktyabr 2024

Rusiyanın müdafiə naziri Çinə səfər etdi

Rusiyanın müdafiə naziri Andrey Belousov Pekinə rəsmi səfər edib.

 

Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının binasında fəxri qarovul dəstəsinin və orkestrin iştirakı ilə Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. 

Çinin müdafiə naziri Donq Jun Rusiya hərbi idarəsinin rəisini qarşılayıb. Mərasim fəxri qarovul dəstəsinin təntənəli marşla keçməsi ilə başa çatıb.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Pekinin Tiananmen meydanında Xalq Qəhrəmanlarının abidəsi önünə əklil qoyub. Hündürlüyü 38 metr olan abidə 1952-1958-ci illərdə 19-20-ci əsrlərdə Çin xalqının inqilabi mübarizəsində canlarını qurban vermiş qəhrəmanların xatirəsinə ucaldılıb. 


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin