BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
13:46 - 14 Oktyabr 2024
Tayvan silahlı qüvvələri adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun 17 gəmisi və 125 təyyarəsini qeydə alıb.
Manset.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, gəmilərin adaya yaxınlaşmasına səbəb Çin Xalq Azadlıq Ordusunun “Birgə Qılınc 2024B” adlı yeni hərbi təlimə başlamasıdır.
Oktyabrın 14-də səhər saatlarında Xalq Azadlıq Ordusu Tayvan ətrafında "Birgə Qılınc 2024B" təliminə başlayıb. Çin silahlı qüvvələrindən verilən açıqlamaya görə, təlim Tayvanın müstəqilliyinə can atan separatçı qüvvələr üçün güclü maneə olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin