Çinin 17 gəmisi və 125 təyyarəsi bu bölgəyə çatdı - Nə baş verir?

13:46 - 14 Oktyabr 2024

Çinin 17 gəmisi və 125 təyyarəsi bu bölgəyə çatdı - Nə baş verir?

Tayvan silahlı qüvvələri adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun 17 gəmisi və 125 təyyarəsini qeydə alıb.  

 

Manset.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəmilərin adaya yaxınlaşmasına səbəb Çin Xalq Azadlıq Ordusunun “Birgə Qılınc 2024B” adlı yeni hərbi təlimə başlamasıdır.

Oktyabrın 14-də səhər saatlarında Xalq Azadlıq Ordusu Tayvan ətrafında "Birgə Qılınc 2024B" təliminə başlayıb. Çin silahlı qüvvələrindən verilən açıqlamaya görə, təlim Tayvanın müstəqilliyinə can atan separatçı qüvvələr üçün güclü maneə olacaq. 

 

Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin