Qazax sakini minaya düşdü

12:18 - 14 Oktyabr 2024

Qazax sakini minaya düşdü

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı olub.

 

Manset.az xəbər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal-qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərərçəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin