Mərkəzi Bankın maşınları satışa çıxarılır

11:44 - 14 Oktyabr 2024

Mərkəzi Bankın maşınları satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Mərkəzi Bankının balansındakı 15 nəqliyyat vasitəsini açıq hərraca çıxarmağa hazırlaşır.

 

Manset.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac noyabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Söhbət "Mercede Benz S500", "Mercedes Benz C180", "Audi A8", "Honda Accord", "Toyota Avalon", "Hyundai Grandeur", "Hyundai Equus" və "Mitsubishi Galant" markalı minik avtomobillərindən gedir.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri noyabrın 23-nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin