Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
11:09 - 14 Oktyabr 2024
Xəbər verdiyimiz kimi, ABŞ İsrailə yüksək hündürlükdə raketdən müdafiə sistemi kimi tanınan THAAD-ı ("Terminal High Altitude Area Defense") verdiyini təsdiqləyib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən rəsmi açıqlama verilib:
"ABŞ regionda gərginliyin artması fonunda İran tərəfindən ballistik raketlərlə potensial hücumu dəf etmək üçün İsrailə THAAD sistemini verəcək".
Bu açıqlamadan sonra sosial şəbəkələrdə İsrailin məşhur silahı olan "Dəmir Qübbə"nin artıq istifadəyə yararsız olduğu ilə bağlı iddialar irəli sürülüb.
Digər tərəfdən isə THAAD sisteminin nə olduğu, mənzili və xüsusiyyətləri araşdırılmağa başlayıb.
THAAD ABŞ quru qüvvələrinə məxsus yüksək hündürlükdə və uzun məsafəli raketlərin müdafiəsi üçün hazırlanmış sistemdir. Bu sistem ballistik raketlərə qarşı müdafiəni təmin edir. 1990-cı illərdə ABŞ Müdafiə Nazirliyi tərəfindən inkişafına başlanmış, 2008-ci ildən etibarən müxtəlif ölkələrə, Cənubi Koreya, Yaponya və Səudiyyə Ərəbistanına satışı həyata keçirilmişdir.
THAAD raketlərinin uçuş mənzili təxminən 200-300 kilometrdir. Bu, orta və uzun məsafəli ballistik raketlərin müdafiəsi üçün kifayət qədər effektivdir. O, çox az sayda anti-ballistik raketlərin malik olduğu qabiliyyətə malikdir və 3 min kilometr mənzilli ballistik raketlərlə rəqabət aparmaq gücündədir.
THAAD sisteminin komponentləri, xüsusilə raket buraxma qurğuları, mobil vasitələrlə quraşdırılıb. Bu, onların müxtəlif yerlərə asanlıqla daşınmasını mümkün edir. Mobil quruluş sayəsində THAAD sistemi ehtiyac duyulduqda sürətlə başqa bir yerə köçürülə bilir. Əgər təhlükə yaranarsa, sistemin yerləşdiyi yer dəyişə bilər. Bu mobilizasiya imkanları döyüş şəraitində strateji üstünlük yaradır və sistem qarşıdan gələn təhlükəyə daha tez reaksiya verə bilir.
Mobil quruluş və ballistik raketlərdən müdafiə sistemi "Dəmir Qübbə"də də var idi. Bəs İsrail nə üçün THAAD-ı almağa ehtiyac duydu?
İsrailin "Dəmir Qübbə" sisteminin əsas məqsədi qısa məsafəli raket hücumlarını dəf etməkdir. Lakin THAAD (Terminal High Altitude Area Defense) sistemi, daha yüksək hündürlükdən və daha uzun məsafəli raketlərin müdafiəsi üçün nəzərdə tutulub. Yəni "Dəmir Qübbə" mülki əraziləri qorumaq üçün lokal bir müdafiə sistemi hesab edilir. THAAD isə daha geniş geosiyasi təhlükələrə cavab vermək qabiliyyətinə malikdir.
Həmçinin yaxın bölgədəki gərginliklər, xüsusilə İranın ballistik raket proqramı və digər potensial təhdidlər, İsraili daha güclü bir müdafiə sistemi əldə etməyə sövq edir. ABŞ ilə müttəfiqliyi daha da dərinləşdirmək, hər iki ölkənin təhlükəsizlik maraqlarını artırır. Bu, siyasi və strateji baxımdan da İsrail üçün əhəmiyyətlidir.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin