Bakıda gənc oğlan bıçaqlandı

21:17 - 13 Oktyabr 2024

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Kərimov Məhəmməd Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin