Millimiz Belarus yığması ilə heç-heçə etdi

21:01 - 13 Oktyabr 2024

Millimiz Belarus yığması ilə heç-heçə etdi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı zamanı ikinci yoldaşlıq görüşünü keçirib.

 

Manset.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində 48-ci dəqiqədə Nihad Orucəli fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoldaşlıq oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin