Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

18:00 - 13 Oktyabr 2024

Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan səfər edəcək və bu ölkənin Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransa qatılacaq.

 

QMİ-nin mətbuat xidmətindən Manset.az-a bildiriblər ki, oktyabrın 15-də Daşkənddə baş tutacaq bu mötəbər tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bəyan edib.

Şeyxülislam A.Paşazadə beynəlxalq konfransın açılış mərasimində çıxış edəcək. Forum plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək.

Allahşükür Paşazadənin səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin