“Mümkün müharibəyə hazırıq” - Rəsmi Tehran

17:27 - 13 Oktyabr 2024

“Mümkün müharibəyə hazırıq” - Rəsmi Tehran

“İran mümkün müharibəyə hazırdır”.

 

Manset.az Qafaqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Diplomat İsrailin gözlənilən cavab tədbiri ərəfəsində xalqını və maraqlarını müdafiə etməkdə “qırmızı xətlər” olmayacağına söz verib:

“Son günlərdə regionumuzda hərtərəfli müharibənin qarşısını almaq üçün çox böyük səylər göstərsək də, açıq şəkildə deyirəm ki, xalqımızı və maraqlarımızı müdafiə etməkdə qırmızı xətlərimiz yoxdur”.

“Bu, İranın qəti mövqeyidir: Biz müharibə vəziyyətinə tamamilə hazırıq. Bununla belə, biz müharibə istəmirik, sülh axtarırıq. Biz Qəzza və Livanda ədalətli sülh üçün çalışacağıq”, - deyə o qeyd edib.

O, həmçinin ABŞ-nin İsrailə rekord sayda silah göndərdiyini vurğulayıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin