Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
16:00 - 13 Oktyabr 2024
Türkiyənin Rize Artvin Hava Limanında İstanbul istiqaməti üzrə uçuşundan öncə təyyarə qapısının bağlandığı zaman ildırım düşüb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin əməliyyat məmuru huşunu itirərək yerə yıxılıb.
Hadisə yerinə tibbi yardım briqadaları gəlib və yaralı işçi xəstəxanaya aparılıb. Bu müddətdə park mövqeyinə yaxın yerlərdə ildırım düşməsi hadisələri davam etdiyi üçün əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. 24 dəqiqəlik gözləmədən sonra əməliyyatlar bərpa edilib.
Xəsarət alan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin