300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
13:32 - 13 Oktyabr 2024
İtaliyanın "Yuventus" klubu yeni müqavilə imzalamayacağı təqdirdə Duşan Vlahoviçi gələn yay sata bilər.
Manset.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
24 yaşlı hücumçunun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Turin klubu serb futbolçunun illik 24 milyon avro maaşı səbəbindən onun mümkün satışında çətinliklərlə üzləşə bilər.
Qeyd edək ki, cari mövsüm Vlahoviç bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 65 milyon avrodur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin