İlham Əliyevdən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı PAYLAŞIM
30 Dekabr 2024
12:31 - 13 Oktyabr 2024
Oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
“Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.
Daha ətraflı məlumat yaxın zamanda veriləcək”, - məlumatda bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin