Bakıda avtomobil yandı - Xəsarət alan var

09:03 - 13 Oktyabr 2024

Bakıda avtomobil yandı - Xəsarət alan var

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan qarajda dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri qismən, qarajda 4 m² sahədə rəf və rəfin üzərində yığılan avtomobil ehtiyat hissələri yanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 8 m² sahədə əriyib.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin