Bakıda 2 nəfəri maşın vurdu

23:31 - 12 Oktyabr 2024

Bakıda 2 nəfəri maşın vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki gənc ağır xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Aqşin Abusalamov və Cavanşir Məmmədov yolu keçərkən onları minik avtomobili vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin