Putinin sensasiyalı müraciəti - Bu sözü niyə işlətmədi?
22 Noyabr 2024
22:34 - 12 Oktyabr 2024
Hacıqabul rayonunda yağan güclü yağış və normadan artıq selin gəlməsi rayon ərazisində güclü fəsadlara səbəb olub.
Manset.az xəbər verir ki, Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərovun verdiyi məlumata görə, Hacıqabulda baş verən təbiət hadisəsi günorta saatlarından başlayıb. Rayon ərazisindəki Muşov dağından gələn güclü sel və yağan intensiv yağıntılar nəticəsində şəhər mərkəzinə elektrik verilişində fasilə yaranıb. Rayon mərkəzi ilə yanaşı, Qubalı Baloğlan, Pirsaat, Udulu, Nəvahi, Qızılburun kəndində 300-dən çox təsərrüfatı su basıb.
Şəhərdaxili avtomobil yolunda gediş-gəliş çətinləşib. Bundan başqa güclü leysan nəticəsində Şirvan-Hacıqabul dəmir yolu sel sularının təsirinə məruz qalıb. Hazırda fəsadların aradan qaldırılması üçün əraziyə 50-yə yaxın müxtəlif təyinatlı texnika və canlı qüvvə cəlb edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin