Qroznıda güclü partlayış - Ölən və yaralananlar var

22:08 - 12 Oktyabr 2024

Qroznıda güclü partlayış - Ölən və yaralananlar var

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, partlayışda 2-si uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Partlayış zaman obyektdən uçan parçalar çox sayda ev və avtomobilə ziyan vurub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə stansiyanın anbarında yaranan sıxlıq səbəbindən baş verib.

Partlayışdan sonra 900 kvadratmetr əraziyə yayılan yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Qroznı Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin