Sel suları nəticəsində Hacıqabulu su basdı - FAKTİKİ HAVA

19:51 - 12 Oktyabr 2024

Sel suları nəticəsində Hacıqabulu su basdı - FAKTİKİ HAVA

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.

 

Manset.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağan leysan yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.

Düşən yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.


Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin