Ermənistan prezidenti TBMM sədri ilə müzakirələr aparıb

18:50 - 12 Oktyabr 2024

Ermənistan prezidenti TBMM sədri ilə müzakirələr aparıb

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla qısa danışıqlar aparıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə o, "Armenpress" agentliyinə məlumat verib.

V.Xaçaturyanın sözlərinə görə, hər kəs anlayır ki, Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. O qeyd edib ki, tərəflər görüşmək və nizamlanma məsələlərini müzakirə etmək fürsətini əldən vermir:

“Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə münasibətlərin nizamlanması reallığa çevrilə bilər. Bu, sərhədlərin açılmasını və diplomatik münasibətlərin qurulmasını əhatə edir”.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin