Avtomobil toqquşaraq alovlanan 2 yük maşınının arasından keçdi - ANBAAN VİDEO

17:52 - 12 Oktyabr 2024

Avtomobil toqquşaraq alovlanan 2 yük maşınının arasından keçdi - ANBAAN VİDEO

Rusiyada Tümen-Omsk avtomobil yolunda dəhşətli avtomobil qəzası baş verib.

 

İki yük maşını toqquşub və alovlanaraq yanmağa başlayıb.

Manset.az  bildirir ki, bu barədə Oxu.az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yük maşınları toqquşduğu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basmağa fürsət tapmayıb, alov və tüstünü yararaq parçalanmış avtomobillərin arasından keçib. Hadisənin yayılmış görüntülərində yük maşınlarının toqquşmadan sonra necə alovlandığı əks olunub.

Omsk polisinin məlumatına görə, qəza nəticəsində xəsarət alan sürücülər xəstəxanaya yerləşdiriliblər.

Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.


Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin