Millimizin son məşqinin vaxtı açıqlandı

16:35 - 12 Oktyabr 2024

Millimizin son məşqinin vaxtı açıqlandı

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.

 

Manset.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Oktyabrın 13-də Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş və bir futbolçunun mətbuat konfransı saat 16:15-də başlayacaq. 17:00-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq start götürəcək.

Slovakiya milli komandasının hazırlığı 18:45-də olacaq. Qonaqların mətbuat konfransı 19:30-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin