DTX və polis əməliyyat keçirdi - saxlanılan var

15:22 - 9 Noyabr 2021

DTX və polis əməliyyat keçirdi - saxlanılan var

Cəlilabad rayon sakinindən narkotik və silah-sursat götürülüb.

Manset.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin